Dünya 19:12 06.03.2023

Xarici agentlər haqda qanuna görə gürcü deputatlar yenidən dava etdilər (VİDEO)

Xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı gürcü deputatlar parlamentdə dava salıblar, iclas Gürcüstan televiziyası ilə canlı yayımlanıb.

Qaynarinfo bu barədə Newsgeorgia-ya istinadla xəbər verir.

Parlament çoxluğunun nümayəndəsi Anri Oxanaşvili ilə müxalifət deputatları arasında dava düşüb. Daha sonra dava iclas zalından parlamentin zalına keçib. Nəticədə bütün müxalifət deputatları iclas zalını tərk etmək məcburiyyətində qalıblar.

Paralel olaraq parlamentin arxa girişində müxalifət tərəfdarlarının mitinqi keçirilir. Etirazçılar qanunun qəbuluna qarşıdırlar. Patrul polisi hadisə yerində cəmlənib, onlar qanunverici orqanın binasını mühasirəyə alıblar.

Xatırladaq ki, bir müddət əvvəl "Xalqın Gücü” müxalifət hərəkatının deputatları Gürcüstan parlamentinə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təqdim ediblər, ona əsasən, qeyri-hökumət təşkilatlarının, KİV-lərin və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının, KİV və xarici dövlətdən maliyyə alan digər subyektlərin reyestrinin yaradılması təklif edilir. Parlamentdə çoxluq təşkil edən hakim "Gürcü arzusu” partiyasının nümayəndələri yeni qanun layihəsini dəstəkləmək planlarını açıqlayıblar.

Alpər