Ölkə 12:26 18.08.2022

Bakı sakini Xocalıda ağır qəzada öldü

Xocalıda avtomobil aşıb, ölən var.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi "Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.