Siyasət 18:36 03.04.2023

YAP-ın gəlirləri 2 dəfə artıb – Son rəqəmlər

Yeni Azərbaycan Partiyası (YAP) gəlirlərini 2 dəfə artırıb.

YAP-ın ötən il 26 milyon 794 min 284 manat gəliri olub.

Qeyd edək ki, bir il əvvəl YAP-ın gəlirləri bundan 2 dəfə az – 13 milyon 156 min 300 manat olub.

Partiyanın gəlirlərinin artması yığılan üzvlük haqlarının artması ilə bağlı olub. Belə ki, ötən il YAP üzvləri 22 milyon 978 min 154 manat üzvlük haqqı ödəyib. 2021-ci ildə bu göstərici 11 milyon 26 min 276 manat olub.

Son bir ildə YAP-a cəmi 8 min 140 manat ianə edilib. Dövlət büdcəsindən isə 2 milyon 403 min 344 manat ayrılıb.

2022-ci ildə YAP 15 milyon 878 min 93 manat pul xərcləyib. Xərclənən vəsaitin 9 milyon 43 min 651 manatı əmək haqqı kimi işçilərə ödənilib.
Bunlardan başqa YAP bir ildə 124 min manat işıq pulu ödəyib. Qaz üçün 84 min, su üçün isə 14 min manat ödənilib.//Yeniavaz.com