Dünya 10:11 17.06.2023

Yaponiya cinsi əlaqə yaşını 13-dən 16-ya qaldırdı və təcavüzün tərifini dəyişdi

Yaponiya parlamenti cinsi əlaqə yaşını 13-dən 16-ya qaldırmaq üçün qanun qəbul edib. 

Qaynarinfo The Japan Times-a istinadla xəbər verir ki, 1907-ci ildə qəbul edilmiş bu qayda ilk dəfə dəyişdirilib.

Yeni qanuna əsasən, 16 yaşına çatmamış şəxslərlə cinsi əlaqə zorlama sayılacaq. Eyni zamanda, bir istisna var - 13 yaşdan yuxarı, lakin 16 yaşdan kiçik bir uşaqla cinsi əlaqə, əgər tərəfdaşlar arasındakı fərq beş ildən çox deyilsə, cəzalandırılmayacaq.

Bundan əlavə, yapon qanunvericiləri zorlamanın tərifini dəyişiblər. Bu, əvvəllər "məcburi cinsi əlaqə” mənasını verirdisə, indi "razılıqdan kənar cinsi əlaqə” deməkdir. Qəzetin qeyd etdiyi kimi, əvvəlki tərif cinsi əlaqəyə məcbur edilənləri müdafiə etmirdi. Bundan əlavə, zorlama barədə məlumat vermənin mümkün olduğu müddət 10 ildən 15 ilə qədər artırılıb.

Artıq zərərçəkmiş cinsi yaxınlıq niyyətini formalaşdıra bilmədiyi və açıq razılıq verə bilmədiyi halda, xüsusən də alkoqol və ya narkotikin təsiri altında olduqda, qorxduqda, qəfildən qısnadıldıqda, təhdid və ya sosial status və səlahiyyətlərdən sui-istifadə edilərsə, artıq məsuliyyətə cəlb ediləcəklər.

Qanun, həmçinin özündə cinsi aktların və "ətəkaltı” gizli çəkilişi özündə ehtiva edən "fotovuayerizmi" və yeni "görüş tələb etməklə bağlı qanun pozuntusunu" qadağan edir. Hədə-qorxu, şirnikləndirmə və ya pulla 16 yaşına çatmamış uşaqları cinsi məqsədlə görüşməyə məcbur edən şəxsləri bir ilədək həbs və ya 500 min yen (6120 manat) cərimə gözləyir.

Alpər