Dünya 17:14 12.06.2023

Yaponiya ilk dəfə belə qanun qəbul etdi: Ölkədən kənara ixrac...

Yaponiya hərbi texnika istehsalını artırır və hərbi texnikanın ixracına yaşıl işıq yandırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın "Militarni” nəşri Yaponiyanın "Nikkei” nəşrinə istinadən məlumat yayıb.

Ötən həftə deputatlar palataların plenar iclasında Liberal Demokrat Partiyası və müxalifət partiyalarının dəstəyi ilə müdafiə təyinatlı məhsulların istehsalının və hərbi texnikanın ixracının artırılması haqqında qanun qəbul ediblər.

Qanun ixrac vasitəsilə mənfəəti və Yaponiyanın daxili bazarında rəqabəti artırmaq məqsədi daşıyır.

Yaponiya istehsalın səmərəliliyinin artırılması və tədarük zəncirinin genişləndirilməsi üçün lazım olan xərclərin subsidiyalaşdırılması üçün fond yaradacaq və ixrac sifarişlərinin xərclərinin ödənilməsi üçün subsidiya tətbiq edəcək.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək və onun əsas prinsipləri aşağıdakı tezislərlə bağlıdır:

• yerli istehsalın dəstəklənməsi;

• hərbi texnika və avadanlıqların ixracının təşviqi;

• hərbi texnika və texnologiyalar haqqında məlumatların mühafizəsi;

• istehsalda iqtisadi sabitlik.

Hökumət ÇXR-in hərbi potensialının genişlənməsi fonunda xərclərin artırılmasını dəstəkləyir.

Nizami Bağırov