Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yayı keçirdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb. Nəticədə yay növsümündə orta hesabla tempraturun 1,76 dərəcə artdığı məlum olub.
İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da indiyə qədərki ən yüksək temperatur qeydə alınıb.
"2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksək olub. Belə ki, Yaponiyada yay mövsümü üçün orta temperatur 1898-ci ilin yayından bəri ən yüksək səviyyə qeydə alınıb", deyə məlumatda bildirilir.
Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə olub. Bu, Yaponiyada 2023-cü ilin ən isti günü olub.
Aydın
Şərhlər