Ekonomiks 12:02 15.01.2024

"Yelo Bank" 20 milyon manatdan çox xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.

Rəqəmlərə baxdıqda ötən il "Yelo Bank"ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib.

Ötən il "Yelo Bank" kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeli il ərzində 142 milyon, yəni 23 % artaraq 764 milyon manat olub.

Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63 %-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22 % artaraq 483 milyon manatı keçib.

2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28 % artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60 %-dən çoxu onlayn kanalların payına düşür.

Bankın fiziki şəxslərin müddətli depozitlərinin məbləği il ərzində 36 % artaraq yarım milyarda yaxınlaşıb. Bu da "Yelo Bank"ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.

Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30 %-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21 % artımla 12 milyon manata çatıb.

Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.

Ötən il "Yelo Bank" regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.

Bankda depozit yerləşdirmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!