Ekonomiks 10:29 16.01.2024

Yelo Bank ödəmə terminallarının alışına dair açıq tender elan edir

"Yelo Bank” ASC-də üçün yeni ödəmə terminallarının alışına dair açıq tender elan olunur. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:


-  Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;


-  Ödəmə qabiliyyəti olmalı;


-  Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;


-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;


-  Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;


-  Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:


-  Tender təklifləri 29 yanvar 2024-cü il, Bakı vaxtı ilə saat 17:00-dək Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 

-  Zərflərin hər küncü möhürlənməlidir.

- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/3S3jKD1

Onlayn kredit sifarisi ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!