Dünya 18:32 23.12.2023

Yeni ölkə başçısı bu il işə götürülən hər kəsi işdən çıxardı

Argentinanın yeni prezidenti Xavyer Miley dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması prosesinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Brief" "Telegram" kanalı məlumat yayıb.

"Argentina prezidenti Xavyer Miley 2023-cü il yanvarın 1-dən sonra işə götürülən bütün dövlət qulluqçularını işdən çıxarıb. Təxminən 23 min insan dərhal işini itirdi", deyə nəşr yazır.

Dekabrın 21-də Miley Argentina iqtisadiyyatını liberallaşdırmaq üçün 300 islahat təqdim edən fərman imzalayıb. Dövlət başçısının sözlərinə görə, onların məqsədi iqtisadi azadlığı qaytarmaq və ölkənin inkişafını ləngidən çoxlu sayda maneələri aradan qaldırmaqdır.

Həmin gün o, Argentinada 2025-ci ilin sonuna qədər fövqəladə vəziyyət elan edib. Eyni zamanda, islahatlar ölkə əhalisinin bir hissəsinin etirazına səbəb olub, minlərlə insan mitinqlər keçirib.

Aydın