Dünya 14:53 10.12.2023

Yeni plan hazırlandı: Boris Conson yenidən baş naziri ola bilər - KİV

Boris Conson bir qrup Mühafizəkar deputatın planı sayəsində Böyük Britaniyanın baş naziri postunu geri ala bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" hakim Tori Partiyasından olan parlament üzvlərinə istinadən yazır.

"Boris Conson Tori deputatlarının hazırladığı təəccüblü planlara uyğun olaraq baş nazir postuna qayıda bilər. Hətta Naysel Farajla siyasi ittifaq da nəzərdən keçirilir", deyə nəşr yazır.

Deputatlar İcmalar Palatasında səsvermənin gedişatını dəyişmək niyyətindədirlər. Dauninq Strit hökumət üzvlərinin daha çox istefasına hazırlaşır. Planın dəstəkçilərindən biri etiraf edib ki, bu, Sunak hökumətini "məhv etmək" və Leyboristlərlə fərqi bağlaya biləcək birini lider olaraq təyin etməkdir.

Məlumata görə, bir çox Tori üzvü yalnız keçmiş baş nazirin qayıdışının onların partiyasını seçkilərdəki məğlubiyyətdən xilas edəcəyinə inanırlar.

Aydın