Ekonomiks 09:19 24.04.2023

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırıldı (VİDEO)

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

Bu barədə Qaynarinfo-ya "Azərişıq” ASC-dən deyilib.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.