İdman 10:20 19.01.2024

Yeniyetmə futbolçu məşq zamanı dünyasını dəyişdi

İspaniyanın Valyadolid şəhərini təmsil edən "Zaratan İdman Klubu”nda oynayan 15 yaşlı futbolçu dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, "Kadet B”nin üzvü Sebas adlı azyaşlı futbolçu özünü pis hiss edib. Onda başgicəllənmə əlamətləri görünməyə başlayıb və məsul şəxslərin iştirakı ilə axşam saatlarında yerli sağlamlıq mərkəzinə aparılıb. Ancaq bütün cəhdlərə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Bu səbəbdən klubun nəzdində olan komandalar gələn həftəyə qədər bütün məşqləri və matçları dayandırmaq qərarına gəlib.

"CD Zaratán Sport”dan azyaşlının ailəsinə və yaxınlarına başsağlığı verilib.

Səbuhi Həsənov