Video 15:15 20.02.2024

Yolda qaydanı pozaraq sosial şəbəkədə paylaşan sürücü saxlanıldı (VİDEO)

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan daha bir şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, idarə etdiyi "Land Rover Velar" markalı, 99-CN-222 qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək", məlumatda deyilir.