İdman 12:29 22.07.2023

Yoldaşlıq matçında maraqlı hadisə: Oğrular avtomobillə meydana girdi və... (VİDEO)

İngiltərədə keçirilən bir yoldaşlıq görüşü maraqlı anlarla yadda qalıb.

Qaynarinfo xarici KIV-ə istinadən xəbər verir ki, oyun maskalı şəxslərin cənazə maşını ilə meydana daxil olmasından sonra yarımçıq dayandırılıb. Maraqlı hadisə İngiltərə Milli Liqası təmsilçiləri "Gateshead" - "Dunston UTS" görüşündə yaşanıb. 

Sosial şəbəkələrdə yayılan videoda biri dəfn cənazəsi olan iki avtomobilin meydana girərək dairə vurub mərkəzdə dayanması əks olunub. Cənazə avtomobili ortada dayanır və içərisindən iki maskalı şəxs çıxaraq digər maşına minir. Həmin avtomobil isə daha sonra təhlükəsizlik səddini keçərək stadiondan çıxır. Hadisə fasilədən az sonra baş verib və matç yarımçıq qalıb.
 
Səbuhi Həsənov