Ölkə 18:23 19.03.2023

Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 265 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 791 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 912, hazırkı dövrədək isə 7 549 363 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 176 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 62, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir.