Dünya 17:22 18.03.2023

"YouTube" Trampın kanalını blokdan çıxardı

"YouTube”un idarəediciləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da tərəfdarları tərəfindən Kapitoliyaya hücumdan sonra onun kanalına tətbiq edilən bloku götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "YouTube”un mesajında deyilir.

YouTube-un İctimai siyasət üzrə vitse-prezidenti Leslie Miller bildirib ki, martın 17-dən etibarən Trampın kanalı "artıq məhdudiyyətlərə tabe deyil və yeni məzmun yükləmək imkanı bərpa edilib”.