Ölkə 22:39 03.10.2022

Yunanıstanın energetika nazirinin Azərbaycana səfər edəcəyi tarix məlum oldu

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfərinin tarixi dəqiqləşib.

APA-nın əldə etdiyi xəbərə görə, yunan nazirin Azərbaycana səfəri oktyabrın 18-də baş tutacaq.

O, səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub.