İdman 16:45 22.01.2023

"Yuventus"a ağır cəza: Avrokuboklardan kənarlaşdırıla bilər

Maliyyə qaydalarını pozduğu üçün 15 xalı silinən və İtaliya A Seriyasında 3-cü pilləyə düşən "Yuventus" klubu daha bir cəza təhlükəsi ilə üz-üzə qalıb.

Qaynarinfo "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, UEFA "qoca sinyora"nı avrokuboklarda iştirakdan məhrum edə bilər.

Xəbərə görə, qitə futbol qurumu Turin təmsilçisinə bu cəzanı futbolçuların əməkhaqqılarının ödənməsi zamanı baş verən digər maliyyə fırıldaqları sübuta yetiriləcəyi halda, tətbiq edəcək. Başqa sözlə, "Yuventus"un avrokuboklardan kənarda qalmaması üçün qarşıdakı 3 ildə bu yöndə hər hansı başqa fakt aşkarlanmamalıdır.