İdman 17:36 26.07.2022

"Yuventus"da itki, ulduz futbolçu iki ay oynamayacaq

"Yuventus"un fransalı ulduzu Pol Poqba iki ay futbol oynamayacaq.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu meniskindən zədə alıb. O, komandasının ABŞ toplanışı zamanı zədələnib. Poqbanın yaxın vaxtlarda əməliyyat ediləcəyi gözlənilir.  
 
29 yaşlı futbolçu bir müddət öncə "Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent qismində İtaliya klubuna keçib.
 
Səbuhi Həsənov