Ölkə 20:04 19.10.2023

Zaqatalada ayılar arı yeşiklərinə hücum etdi: Pətəklərdə olan balı yedilər (FOTO)

Zaqatalada ayılar arı təsərrüafatına hücum edib, xeyli sayda arı yeşiyi yararsız hala düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, dağdan düşən ayılar arı yeşiklərini dağıdaraq pətəklərdə olan balı yeyiblər.