Ekonomiks 18:00 07.12.2023

Zəlzələ limanlardakı iş prosesinə təsir etməyib

Bu gün ölkə ərazisində baş vermiş zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib. 

Bu barədə Qaynarinfo-ya Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) bildirilib.

Hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir. 

DDLA-nın mütəxəssisləri də dəniz üzgüçülüyünün təhlükəszliyinin təmin olunması  istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir.