Sənət 18:49 09.06.2022

Zemfira Səfərova “Şöhrət” ordeni ilə təltif edildi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Zemfira Yusif qızı Səfərovanın "Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Zemfira Səfərova Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın sabah 85 yaşı tamam olur. O, 1937-ci il iyun ayının 10-da Kislovodskda ziyalı ailəsində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirib. 

Zemfira Səfərova Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın həyat yoldaşıdır.