"Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirəcək mühüm kommunikasiya sistemidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Zəngəzur dəhlizinin hansı səbəbdən önəm kəsb etdiyini şərh edərkən deyib:
"Zəngəzur dəhlizi Azərbaycan üçün çox önəmlidir. Çünki bu dəhliz Azərbaycanın Naxçıvan kimi bölgəsilə Bakını birləşdirəcək bir kommunikasiya sistemidir. İkincisi, həmin dəhlizin açılması Türkiyə ilə quru sərhədlərin çox yaxın məsafədə açılması deməkdir. Üçüncüsü, sözügedən dəhliz yeni orta dəhlizin fəaliyyətə başlamasını təmin edir ki, burada da əsas körpü ölkə Azərbaycandır. Həmin yol həmçinin, türk dünyasının inteqrasiyası prosesində əhəmiyyətli rol oynayacaq. Ona görə də Zəngəzur dəhlizi çox önəmlidir. Azərbaycan Prezidenti həmin məsələni hər dəfə vurğulamağı özünə borc bilir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı Zəngəzur dəhlizinə də toxunub. O, bildirib ki Ermənistan təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
"Caliber” layihəsinin "YouTube” səhifəsində yayımlanan məqalədə isə deyilir ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ən optimal yol Ermənistandan keçdiyinə görə, beynəlxalq hüquq təcrübəsinə əsasən, İrəvanın Zəngəzur dəhlizinin qurulmasına qarşı çıxmağa ixtiyarı yoxdur. Odur ki, Zəngəzur dəhlizi qaçılmaz tarixi reallıqdır.
Rüfət Sultan
Şərhlər