Siyasət 13:38 09.10.2023

Zəngəzur dəhlizinin açılması ümumi sabitlik üçün çox mühüm amil olacaq - XİN

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaq.

Qaynarinfo xəbər verir k, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək və Azərbaycanla Ermənistan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək.

"Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki Ermənistan bu halda nəqliyyat və logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı əldə edəcək. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”, - Qaluzin bildirib.

Nizami Bağırov