İdman 22:03 28.12.2023

"Zirə"nin qış planı açıqlandı

"Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
 
Qaynarinfo-nun məlumatına görə, komanda yanvarın üçündə bir araya gələcək. Hazırlığını Bakıda keçəcək "Qartallar” toplanış müddətində iki yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Komanda yanvarın 10-da "Araz-Naxçıvan”, 15-də isə "Qarabağ”la qarşılaşacaq. "Zirə” daha sonra Misli Premyer Liqasının 19-cu turunda "Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq. 
 
Səbuhi Həsənov