Dünya 17:40 18.03.2023

Beynəlxalq Cinayət Məhkəməsinin qərarı: Putinlə həbs oluna bilərmi?

"Rusiya prezidenti Vladimir Putin üçün real təhlükə yoxdur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin mövcudluğunu tanımır:



"Bunu 123 dövlət tanıyır, amma bu dövlətlərə Putin çətin ki, səfərə getsin. Nüvə dövlətinin rəhbərini həbs etmək üçün dünya mühribəsini başlamaq lazımdır. Bu, sadəcə bir mənəvi addımdır. 

Ona qarşı niyə həbs cəzası qoyulub? Ukrayna uşaqlarını zorla valideynlərindən ayırıb, Rusiyada başqa adamlara veriblər. Bu cinayət işi ilə bağlı iki nəfər üçün həbs qərarı verilib. Onlardan biri Vladimir Putin, ikinsisi bir qadındır”.
 
Zərdüşt Əlizadə deyib ki, Rusiya prezidentinin müharibə cinayətləri də var: 

"Amma Kremlin sahibini məsuliyyətə cəlb eləmək qeyri-mümkündür. Təəssüf ki, dünyada ədalət məhkəməsi nisbidir”. 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Putinin və Mariya Lvova-Belovanın həbsinə order verilib. Qərarda deyilir ki, Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. 

Bahar Rüstəmli