Dünya 17:33 06.10.2022

Ərdoğan İsrailə səfir təyin etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları bu ölkənin İsraildəki səfiri təyin edib.

Bu barədə Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir.

Torunlar 2010-2013-cü illərdə Türkiyənin İsraildəki baş konsulu vəzifəsində çalışıb.

Qeyd edək ki, İsraillə Türkiyə arasında diplomatik əlaqələr faktiki olaraq hələ 2010-cu ildə kəsilib. Bu, türk fəalların olduğu altı gəminin Qəzza zolağının dəniz blokadasını yarmaq cəhdi nəticəsində baş verib.

Eyni zamanda, ölkələr yalnız 2022-ci ilin avqustunda diplomatik münasibətlərin tam bərpası barədə razılığa gəliblər. Daha sonra Ankara və Qüds səfirlərini və baş konsullarını geri qaytarmağa razılaşıblar.

Nizami Bağırov