Dünya 11:51 17.06.2022

Liderlərin Kiyev səfərinin nəticəsi: Avropa Ukraynaya üçün nə edəcək?

Bu gün Böyük Britaniyada Kiyevdə əsas infrastrukturun bərpası ilə bağlı danışıqlar başlanacaq.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Almaniya, Fransa və İtaliya liderlərinin Ukraynaya səfərindən və ona AB-yə üzvlük ümidini təklif etdikdən bir gün sonra, Britaniya Ukraynadan olan nümayəndələri və biznes liderlərini britaniyalı şirkətlərin Kiyevdə əsas infrastrukturun yenidən qurulmasına necə kömək edə biləcəyini müzakirə etmək üçün qəbul edəcək.

Avropa liderlərinin Ukraynanın paytaxtı və yaxınlıqdakı dağılmış şəhərə səfəri zamanı hava hücumu həyəcan siqnalı səslənib. 

Prezident Volodimir Zelenski ilə danışıqlardan sonra liderlər Ukraynaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməli olduğuna işarə ediblər ki, bu da Kiyevi iqtisadi bloka yaxınlaşdıracaq simvolik jestdir.

Şolz bildirib ki, Almaniya 800 min ukraynalı qaçqını qəbul edib və lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.

"Ukrayna Avropa ailəsinə aiddir”,- o deyib.

Ukrayna rəsmiləri isə ordunun Rusiyanın şərqdəki hücumuna qarşı müqavimətinin Avropanın verəcəyi silahlardan asılı olduğunu bildirib. 

"Biz artıq tərəfdaşlar tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk, yeni tədarüklər, ilk növbədə ağır silahlar, müasir raket artilleriyası, raketdən müdafiə sistemləri gözləyirik”, - Zelenski avropalı həmkarları ilə danışıqlardan sonra deyib.

Makron deyib ki, Fransa Kiyevə silah tədarükünü artıracaq, Brüsseldə görüşən NATO müdafiə nazirləri isə Ukrayna üçün daha çox silah vəd edib.

Nurlan Hüseynov