Sənət 11:55 24.06.2022

Rasim Balayevdən Xalq artistinə cavab: "Onun başı xarab olub"

"Onun başı xarab olub, nə istədiyini də bilmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti Şeyx Əbdül Mahmudovun tənqidlərinə cavab verərkən deyib. Sədr həmkarının onun ünvanına söylədiyi fikirlərin heç birini ciddiyə almadığını bildirib:

"Bilmirəm məndən nə istəyir? Cəhənnmə desin, nə istəyir danışsın… Kimidr onu sayan. Dediklərinə əhəmiyyət vermirəm. Əsas odur ki, biz iş başındayıq”. 

Qeyd edək ki, Şeyx Əbdül Mahmudov Rasim Balayevi tənqid edib. O, səhhətinin Rasim Balayevin Kinematoqrafçılar İttifaqını idarə etməsinə imkan vermədiyini deyib:

"Rasim Balayevlə 50 ildir tanışıq, ona diqqətim, qayğım, məhəbbətim olub. Son vaxtlar deyir, Şeyx bir kino çəkib, onu da pul alıb. Sovet dövründə sponsor yox idi, pulu dövlət verirdi. Balayev kimi Azərbaycan cəmiyyətinin dünyaya tanıtdığı şəxsiyyəti onlar bir alət kimi sui istifadə edirlər. Balayev səhhəti və yaşı baxımından Əli İsa deyən kimi fəaliyyət ixtiyarında deyil. Enerjisi yerində deyil ki, hansısa fəaliyyətlər görsün”-deyə bildirib.

Bahar Rüstəmli