Dünya 09:59 30.07.2022

Twitter-in İlon Maska qarşı şikayətinə oktyabrın 17-də baxılacaq

‌Twitter-in İlon Maskı 44 milyard dollarlıq satınalma təklifini tamamlamağa məcbur etmək  iddiası üzrə şikayətinə oktyabrın 17-də keçiriləcək.
‌Qaynarinfo bu barədə "Insiderpaper"ə istinadən xəbər verir.
‌Məhkəmənin ABŞ-ın şərqindəki Delaver ştatının məhkəməsində keçirilməsi planlaşdırılır. Məhkəmə Maskın bu müqavilədən geri çəkilib-çəkilə bilməyəcəyinə nəhayət qərar vermək üçün beş gün davam edəcək.
‌Teslanın rəhbəri əvvəlcə Twitter idarə heyətinə səhm başına 54,20 dollar təklif edib, lakin sonra iyul ayında Twitter-in saxta hesabların sayı ilə bağlı izahatından məmnun olmadığı üçün müqavilədən çıxdığını elan edib.
‌Twitter Maskın bu qərarına reaksiya verərərək bildirib ki, Mask artıq sövdələşməyə razılaşıb və indi artıq geri çəkilə bilməz.
‌M.Arif