Dünya 12:45 26.04.2022

Rusiyada "müharibə repressiyası" - Şurada axtarış aparılıb, bir deputat saxlanılıb

Rusiyada Ukraynaya hərbi təcavüzə qarşı çıxanların həbs olunması davam edir. Bu gün səhər saatlarında Moskvanın Krasnoselski rayonunda Deputalar Şurasının binasında axtarış aparılıb. 


Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş bələdiyyə sədri, deputat İlya Yaşın məlumat yayıb.

Yaşinin sözlərinə görə, deputat Aleksey Qorinovun evində də axtarış aparılıb. Deputatın özü isə saxlanılıb. O, İstintaq Komitəsinə dindirməyə aparılıb.

İlya Yaşin hesab edir ki, baş verənlər bu günlərdə keçirilən iclaslarda müharibə əleyhinə edilən çıxışlarla bağlıdır. Onun sözlərinə görə, bu çıxışlar barədə prokurorluğa "donos” yazıblar. "Donos”ların müəllifləri arasında Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin, Sergey Leonovun və teleaparıcı Andrey Karaulovun da adı var. "Biz buna hazır idik”, Yaşin deyib.

Hələlik axtarışların səbəbi barədə rəsmi açıqlama verilməyib.

Bundan əvvəl, deputat Aleksandr Xinşteyn Krasnoselsk bələdiyyəsinin sədri Yelena Kotenoçkinin Rusiyanın Ukrayanaya qarşı təcavüzünə qarşı çıxdığına görə onun barəsində cinayət işi başlanmasını tələb etmişdi.

Seyid